Bu məqalədə zəlzələdən zərər çəkən Türkiyə vətəndaşlarına kömək etməyi ümid edən, lakin əlindən fiziki olaraq heç bir şey gəlmədiyi üçün vəziyyəti yalnız sosial mediadan izləyən insanların psixologiyasına hərtərəfli və sadə bir üslubda toxunmağa çalışacağıq.
Başlamazdan əvvəl qeyd etmək istərdik ki, yazımız zəlzələ ilə bağlı təlimatlar əsasında hazırlanıb və bu təlimatlardan sitatlar gətirilib. Məqalədə təlimatların qapalı hissələrini daha da aydınlaşdırmaq üçün bəzi əlavələr etmişik. Bu baxımdan məqalə hibrid məqalədir və akademik missiya daşımır.
Məqalə hərtərəfli olduğu üçün bir neçə hissədən ibarət olacaq.
1. Duyğularımız və Biz
İnsan olaraq hamımız hissiyyatlı varlıqlarıq. Damarlarımızda axan qan kimi, biz də duyğularımızı təkcə ürəyimizdə deyil, bütün bədənimizdə hiss edirik. Nifrət, qəzəb, kədər, həyəcan, sevinc kimi bütün duyğularımızı bütün bədənimizlə yaşayırıq.
Bir duyğu hiss etdiyimiz zaman onu hər bir hissəmizlə, beynimiz və bədənimizlə yaşayırıq. Ancaq türk millətinin çoxunda hisslərdən qaçmaq kimi klassik bir davranış var. Bu mədəni davranışdır. Zəlzələ məsələsinə keçməzdən əvvəl bu məsələyə aydınlıq gətirməliyik.
Daha əvvəl qeyd edtdiyimiz kimi, duyğularımız damarlarımızdan axan qan kimidir. Əgər qolunu kəssən, qan axacaq. Axan qan sizin qanınızdır. Heç kim sahib olduğu qandan utanmaz, onu görməməzlikdən gəlməyə çalışmaz, çünki qan sizin üçün həyatdır.
Hisslərimiz də belədir. Sizi yaşadan bir hissədir. Qorxu sizi yaşadır. Siz qorxursunuz və vücudunuz sizi qorumaq üçün hərəkətə keçir. Narahat olursunuz, vücudunuz sizin üçün oyaq qalır. Siz xoşbəxt olursunuz, vücudunuz sizə həzz verməyə çalışır. Sümüyünüzə qədər hər duyğu sizin bir parçanızdır.
Bəzi insanlar bu hissləri yaşamaqdan çəkinirlər. Sevgilinizdən ayrıldıqdan sonra dərin kədər hissi keçirməyiniz təbii bir hissdir. Bu sizi insan edən hissədir. Ancaq bəzi insanlar kədər hissini yaşamamaq üçün ondan qaçırlar. Məsələn, bəzi insanlar gündəlik həyatında özünü çox yorur və onu əsəbiləşdirən şeyləri düşünməkdən uzaqlaşmağa çalışır. Bu, sağlam davranış deyil. Kədərlənməlisənsə, bu hissi yaşamalısan. Bu sizi zəif insan etmir. Bu sizi insan edir. Vücudunuza güvənin, o sizə hansı hissləri verirsə-versin, bu, hiss etməli olduğunuz bir duyğudur, qaçmaq lazım deyil.
Zəlzələdən sonra insanların həyatı alt-üst olub. Onların gələcəyi tamamilə qeyri-müəyyən olub. Çox qeyri-adi bir vəziyyət yaranıb. Bu, hər kəs üçün travmatik bir hadisə idi. Bu travmanı yaşadıqdan sonra hiss etdiyiniz duyğulardan qorxmayın. Siz həmişə öz şüurunuzdan daha artıqsınız. Əgər siz ağır hisslər hiss edə bilirsinizsə, öhdəsindən gəlmək üçün idrak mexanizminiz də var.
Travma yaşamaq o demək deyil ki, insan zəifdir. İstər çox dindar, istər əzələli, istərsə də güclü bir insan, hər kəs travma yaşaya bilər. Bu, utanc və ya zəiflik əlaməti deyil. Bu insan olmağın əlamətidir, hər kəs bunu yaşaya bilər. Bunları hiss etmək sizin zəif olduğunuz anlamına gəlmir.
Travmanı yaşayan siz olduğunuzdan, onun daha böyük patoloji (psixoloji xəstəlik) diaqnoza çevrilməsinin qarşısını almaq da sizin əlinizdədir. Travmatik hadisə yaşayan hər bir insan Kəskin Stress Pozğunluğu, Travma Sonrası Stress Pozğunluğu və ya başqa bir patoloji vəziyyətdən əziyyət çəkmir. Bunun üçün bir çox qoruyucu amillər var. Bu qoruyucu amillərin başında utanmamaq, qorxmamaq və hiss etdiyimiz duyğuları qəbullanmaq durur. Növbəti addım bu hissləri başqaları ilə bölüşməkdir. Sosial dəstək bu mənada çox vacibdir.
(Ardı var...)
Dəyanət Ağalarlı
Ordu.az